Bakıda minik avtomobili qaz borularına çırpılıb - FOTO

Qəzalar 2 Mart 2020 11:40
Bakıda minik avtomobili qaz borularına çırpılıb - FOTO
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, adıçəkilən yolda ötmə əməliyyatı edən yük maşını, qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəzadan sonra idarəetməni itirən minik maşını yoldan çıxaraq qaz turbalarına çırpılıb. Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Oxunub : 1185
ŞƏRH YAZ
Ad

E-mail

Şərh