Bakıda motosiklet ağaca çırpılıb, xəsarət alan var - VİDEO

Qəzalar 4 Fevral 2020 08:23
Bakıda motosiklet ağaca çırpılıb, xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Azneft meydanının yaxınlığında qeydə alınıb. "Harley Davidson" markalı motosikletin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb. Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 1204
ŞƏRH YAZ
Ad

E-mail

Şərh