Bakıda motosiklet avtobusa ÇIRPILDI - ÖLƏN VAR

Bakıda motosiklet avtobusa çırpılıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Rəşid Səfadə oğlu Mirzəyev “189 Delivery” çatdırılma şirkətinə məxsus ikitəkərli motosikletlə dayanacaqda dayanan Sədiyar Famil oğlu Mikayılov tərəfindən idarəedilən “Daevo” markalı “525” nömrəli sərnişin avtobusuna çırpılıb.
Daha sonra Rəşid Mirzəyev motosikletlə birgə, həmin istiqamətdə hərəkətdə olan Nəcəf Kazım oğlu Nəcəfovun idarə etdiyi “ZİL-130” markalı yük avtomobilinin qarşısına yuvarlanıb.
Nəticədə motosikletin sürücüsü Rəşid Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon polis idarəsinin cinayət işi başlanıb.
lent,az
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












