Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
Qəzalar
10 Aprel 2020 00:00
Oxunub 1186
Faktla bağlı araşdırma aparılır
Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində keçərkən onu motosiklet vurub. Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarətlər alıb. Piyada L.Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR