Bakıda parkinq halında maşını vurub qaçan “Prius” sürücüsü saxlanıldı - VİDEO

Bir neçə gün öncə Bakıda parkinq edilmiş maşını vurub qaçan “Toyota Prius” sürücüsü saxlanılıb.
Bu barədə oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, yanvarın 23-də Abbas Səhhət küçəsində nəqliyyat vasitəsinə maddi ziyan vuran “Toyota Prius” markalı 99-PG-933 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Nəsimi rayon DYPŞ əməkdaşları tərəfindən müəyyən olunub:
“Sözügedən “Toyota Prius” markalı avtomobilin sürücüsü Sadıqov Nicat Arif oğlu hadisəni törədən zamanı nəqliyyat vasitəsini narkotik vasitənin, psixotrop və güclü təsir göstərən maddələrin, eləcə də sərxoş halda idarə edib. Sərxoş vəziyyətdə idarə etdiyi avtomobil ilə dayanmış vəziyyətdə olan “Hyundai Sonata” markalı 99-XR-434 dövlət nömrə nişanlı avtomobilə 4 dəfə vuraraq hadisə yerindən yayınıb. Aparılan araşdırma zamanı şəxsin kimliyi müəyyən edilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1, 333.3, 332.1 və 327.6-cı maddələrinə əsasən tərtib edilən protokol toplanan sənədlərlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Onu da qeyd edim ki, sürücü Sadıqov Nicat Arif oğlunun sürücükük vəsiqəsinin 15 cərimə balı olduğu da aşkar edilib”.
“Nəsimi Rayon Məhkəməsi tərəfindən İXM-nin 333.3-cü bəndi əsas götürərək Sadıqov Nicat Arif oğlu barəsində nəqliyyat vasitəsini iki il müddətinə idarəetmək hüququnun məhdudlaşdırılması və 15 gün müddətinə inzibati qaydada həbs edilməsini tələb edilib”, - deyə A.Əsgərli qeyd edib.
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO
Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var - FOTO
Xankəndidə “Lada” ilə motosiklet toqquşdu - Tələbə xəsarət aldı - FOTO
"Mercedes" avtobusla toqquşdu: Yaralananlar var - FOTO










