Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzasına DYP-dən REAKSİYA - VİDEO

Paytaxtın Sabunçu rayonunda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Sabunçu yolunda qeydə alınıb. Yolu keçmək istəyən 25 yaşlı Fidan Cəfərzadə 28 yaşlı Gülnar Yuniszadə və onun oğlu 9 yaşlı Yusmir Yuniszadəni avtomobil vurub. Ana və oğul dünyasını dəyişib. Vəziyyəti ağır olan Fidan Cəfərzadə isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin baş verdiyi yer sürət həddinin ən yüksək olduğu yoldur. Piyadaların vurulduğu bu yolda 8 hərəkət zolağında sürət həddi müvafiq olaraq 90 və 110 km/ saat müəyyən edilib. Bura piyada vurma hallarının ən çox baş verdiyi yollardan biridir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, əvvəlki illərə nisbətən piyadaların ölümü ilə nəticələnən qəzaların sayında azalmalar var. Piyada vurma hallarında qəzalar isə daha çox vətəndaşların təyin olunmamış yerlərdən keçmə səbəbindən baş verir.
Qeyd edək ki, piyadaların yolun qadağan olunmuş hissəsindən keçməsinə görə 20 manat cərimə müəyyən edilib. Sürəti həddi 80 km/saat və daha artıq olan yolda piyada qadağan olan yerlərdən yolu keçərsə 40 manat cərimə olunur.
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır












