Bakıda polis maşını yük avtomobili ilə TOQQUŞDU - 6 nəfər...

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib.
Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin “Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib.
1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi “Fiat” maşını “Veysəloğlu” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilinə çırpılıb. “Fiat” və yük avtomobili zərbənin təsirindən aşıblar.
Nəticədə, “Fiat” maşınında olan D.Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, S.Armziyad və qardaşı S.Armziyad ağır, “Mercedes” markalı yük avtomobilindəki iki nəfər - 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan altı nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO












