Bakıda "protiv" çıxan "Ford" avtomobili vurdu: sürücü hadisə yerində öldü - ANBAAN VİDEO

Əks zolağa çıxmaq istədi, qarşı tərəfdən gələn avtomobillə toqquşdu. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən hadisə bugün, səhər saatlarında Kürdəxanı-Məhəmmədli yolunda qeydə alınıb. Həvəskar kamerasına düşən görüntülərdən aydın olduğu kimi, yol boyunca irəliləyən minik maşını qarşı tərəfdən yüksək sürətlə gələn “Ford” markalı avtomobilin hədəfindən yan keçə bilməyib.
Anlıq idarəetməni itirən “Ford” ona əks istiqamətdə gələn avtomobilin zolağına keçərək yolu dönmək istəyib. Nəticədə maşınla üz-üzə gələn “Ford”markalı avtomobil onu yolun sağ küncünə tullayıb.
Qeyd edək ki, tamamilə yararsız vəziyyətə düşən avtomobilin sahibi hadisə yerində keçinib. “Ford” markalı minik vasitəsinin isə ön hissəsi tamamilə sıradan çıxıb, sürücü yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












