Bakıda qəza olub, xəsarət alan var - FOTO
Qəzalar
19 İyun 2020 02:11
Oxunub 1420

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində sürücü, 1954-cü il təvəllüdlü Bayramov Süleyman Abuzər oğlu idarəetməni itirərək qəza törədib. O, hadisə zamanı xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Bayramova döş qəfəsinin küt travması diaqnozu qoyulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR


















