Bakıda qırmızı işığı gözləməyən “Prado” qəzaya səbəb oldu: Yaralılar var - FOTO

Nizami rayonunda iki avtomobilin toqquşması zamanı iki nəfər xəsarət alıb. Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində baş verib.
İlkin məlumata görə, Qara Qarayev prospektilə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil işıqforun qırmızı işığından keçərək yoluna davam edib.
Bu zaman nəqliyyat vasitəsi qarşıdan gələrək işıqforun yaşıl işığında hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Toyota” yol-hərəkət nişanını qıraraq səkiyə çıxıb.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə Nizami Rayon Polis İdarəsinin, DYP və əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb edilib.
Avtotexniki ekspertiza təyin edilib. Yolda sıxlığın qarşısını almaq məqsədilə polis əməkdaşları tənzimləmə işləri aparıb.
Hadisənin təfərrüatı araşdırılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












