Bakıda su borusu partladı, asfalt çökdü - YENİLƏNİB + VİDEO

“Azərsu” ASC Bakıda afalt örtüyünün çökməsi ilə bağlı məsələyə münasibət bildirib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, Baksol yolunda böyük bir kollektor xətti partlayıb:
“Hazırda çökmüş hissədə iş aparılır. Çökən əraziyə yeni dəmir borular yerləşdirilir”.
13:57
Bakıda afalt örtüyü çöküb.
Hadisə Dərnəgül şosesi, Baksol yolunda baş verib.
Asfaltın çökməsi ilə yanaşı, su borusu da partlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:
“Həmin ərazidə diametri 1200 millimetr olan yüksək təzyiqli kanalizasiya xətti keçir. Həmin kanalizasiya kollektorunda qəza baş verib.
Nəticədə, kanalizasiya suyu ətrafa yayılmağa başlayıb və yolun torpaq yatağını yuyub-aparıb, asfalt çöküb”.
“Hazırda “Azərsu” ASC tərəfindən qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır. Qəza tam aradan qaldırıldıqdan sonra bizim qurum yolun bərpası mümkün olacaq”, - deyə qurum rəsmisi qeyd edib.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












