Bakıda yol qəzası olub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA RİO” markalı minik avtomobilinin idarəetməni itirərək dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2001-ci il təvəllüdlü Cabbarov Laçın Aqil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Türkiyədən gələn "TIR" Zaqatalada "Chevrolet"i vurub aşırdı: yaralılar var - FOTO
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar...
Bir ailənin 3 üzvü faciəli şəkildə öldü
İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı
İki avtomobil toqquşdu: Sürücü yanaraq ÖLDÜ
Bakıda yük maşını ilə minik avtomobili toqquşub - VİDEO
İdarəetmədən çıxan maşın beton arakəsməyə dəyib yoluna davam etdi - VİDEO
Balakəndə AĞIR QƏZA üç avtomobil toqquşdu: Ölən VAR - YENİLƏNİB
Bakıda qadın sürücü qəza törətdi: “Hyundai” əks yola çıxdı - VİDEO
Ucarda avtomobilin vurduğu velosipedçi ÖLÜB
Sarayda zəncirvari qəza - FOTOLAR










