Bakıda yolların buz bağlaması nəticəsində 42 qəza baş verib - DYP
Qəzalar
26 Fevral 2021 09:55

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq son iki gündə Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün fevralın 24-25-də maddi zərərlə nəticələnən 42 yol-nəqliyyat hadisəsi baş verib. “Sözsüz ki, baş vermis hadisələrdə sürücülər tərəfindən yol və meteoroloji şərait düzgün nəzərə alınmayıb. Xatırladıram ki, yol və meteoroloji şəraitdən aslı olaraq, sürücülər nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü bu təhlükə ilə toqquşmanın qarşısını ala bilsin. Təəssüflər olsun ki, belə hava şəraitində əyləc sistemindən istifadə edilməsi, dayanma-durma prosesini ötürmələr qutusunun hesabına aparılmaması, eyni zamanda idarəetmədən diqqətin yayınması və yol boyu qoyulmuş yol nişanların tələblərinə uyğun hərəkət etməmək, sürət həddinə diqqət yetirməmək son nəticəsində yol-nəqliyyat hadisələrinin yaranması ilə nəticələnir”.
Oxunub : 1084
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












