Bakıdakı qəzada ölənlərdən biri sabiq rəis müavini olubmuş

Oktyabrın 14-də saat 20:30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada vəfat edənlərdən biri yüksək vəzifədə çalışıbmış.
Avtosfer.az xəbər verir ki, zəncirvari qəzada iştirak edən “Toyota Prius”dakı sərnişin 1971-ci il təvəllüdlü Cavanşir Muxamed oğlu Saidov Dövlət Vergi Xidmətinin Sosial Sığorta işləri üzrə rəis müavini vəzifəsində işləyib. O, bir müddət əvvəl vəzifədən azad edilib.
Qeyd edək ki, hadisə zamanı “Mercedes C-240”, “Lada Priora”, VAZ-2114 və “Toyota Prius” toqquşub. Nəticədə “Prius”da sərnişin olan C.Sadiovla yanaşı, sürücü Arzu Nəqiyev, eləcə də “Mercedes”i idarə edən Teymur Məmmədtağıyev aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.
“Toyota Prius”da olan digər sərnişin Könül Muradova isə kəllə-beyin silkələnməsi xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Qafqazinfo
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












