Bakının mərkəzində avtobus piyadanı vuraraq öldürdü

Qəzalar 20 Fevral 2020 10:45
Bakının mərkəzində avtobus piyadanı vuraraq öldürdü
WhatsApp kanalımıza abunə olun
Piyada hadisə yerindəcə ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az “Report”-a istinadən xəbərinə görə, hadisə bu gün səhər saat 07:00 radələrində Dəniz Vağzalının qarşısında qeydə alınıb.

Belə ki, Niftulla Atabalayevin idarə etdiyi “Hyundai Aero Express” markalı avtobus hələlik kimliyi məlum olmayan piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Gültən

Oxunub : 1153
ŞƏRH YAZ
Ad

E-mail

Şərh