Bakının mərkəzində yol qəzası; avtomobillərdən biri aşdı - FOTO

Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şahgəldiyev Fərid Eldar oğlu xəsarət alıb. O, hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Tibbi müayinədən sonra ona, sol əlin 4-5 daraq sümüklərinin sınığı diaqnozu qoyulub.
21:14***
Paytaxtın Nəsimi rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub. Zərbədən "Toyota" markalı avtomobil yolun kənarına aşıb. Sərnişinlərdən biri hadisə yerində olan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.
Ona, polislər tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















