Balakəndə motosklet kanala düşdü, 2 nəfər xəsarət aldı - YENİLƏNİB

Balakəndə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bunlar Zaqatala rayonu Danaçı kənd sakinləri olan motoskletin sürücüsü 2002-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Kahayev və 2004-cü il təvəllüdlü Kamran İsa oğlu Yumuxovdur. Gənclər Balakən rayonun Kortala kəndində futbol oynayıb Zaqatala geri qayıdarkən yol qəzasına düşüblər.
***
Balakəndə motosklet kanala düşüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb.
Hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon Danaçı kənd sakininin idarə etdiyi motosklet sərt döngədə idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb. Qəza nəticəsində motoskletin sürücüsü və sərnişin, Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












