Balakəndə AĞIR QƏZA üç avtomobil toqquşdu: Ölən VAR - YENİLƏNİB

Qəzalar 10 Avqust 2026 11:33
Balakəndə AĞIR QƏZA  üç avtomobil toqquşdu: Ölən VAR   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Balakəndə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralıların adları məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki,, hadisə nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarət alıblar.

***11:06

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, avqustun 10-u saat 09:15-də Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində üç nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".

***10:18

Balakən rayonunda üç avtomobilin toqquşması nəticəsində ölən şəxslərin adları məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü, Balakən rayon Katex kənd sakini Məryəm Kamil qızı Hoorsova və "Toyota"da olan sərnişin, Balakən rayonunun Sarıbulaq kənd sakini Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı da bildirilir.

***10:11

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhəri ərazisində qeydə alınıb.

Hadisə zamanı "Hyundai", KIA və "Toyota" markalı avtomobillər toqquşub. Qəza nəticəsində ölən və xəsarət alanlar var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunda bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxunub : 434
ŞƏRH YAZ
Ad

E-mail

Şərh