Əməkdar artist maşını yolun ortasında saxlayıb mahnı oxudu; cəzalandı - VİDEO

Qaydaları pozan Əməkdar artist Aqşin Abdullayevlə bağlı tədbir görülüb.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev bildirib.
O qeyd edib ki, sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbiri görülüb.
"Sürücülərdən bir daha xahiş edirik ki, yol hərəkəti qaydlarına ciddi riayət etsinlər", - deyə E.Hacıyev əlavə edib.
***09:00
Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydasını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, sənətçi sözügedən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Kadrlardan görünür ki, o, idarə etdiyi 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin tam mərkəzində saxlayıb, daha sonra isə avtomobildən düşərək yolun ortasında mahnı oxumağa başlayıb.
Bu zaman arxadan gələn digər nəqliyyat vasitələrinin sürücüləri oranı çətinliklə keçiblər.
Yolun hərəkət hissəsinin bu şəkildə zəbt edilməsi sürücülərə maneə ilə yanaşı, həm də qəza riski yaradır. Çəkiliş məqsədilə belə addımların atılması birmənalı şəkildə qadağandır.
Fərid
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
"Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO - VİDEO
Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - VİDEO
Soldan sağa atılan sürücü maşını sıxışdırdı – 90-RO-009 - VİDEO
Nərimanovda asfalt çöküb; maşınların hamısı çuxura düşür - VİDEO
Səbaildəki bu küçələrin kəsişməsində hərəkət necə təşkil olunmalıdır? – İZAH - VİDEO
Bakıda qayda pozan BYD sürücüsü cərimələndi - YENİLƏNİB - VİDEO
Sürücülərə cərimələrlə bağlı VACİB XƏBƏR












