Qubada 7 kiloqram narkotik vasitə aşkarlandı - FOTO - VİDEO

Hadisə 10 Avqust 2026 10:36
Qubada 7 kiloqram narkotik vasitə aşkarlandı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.

Avtosfer.az xəbər verir ki, keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

FOTO QALEREYA
Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh