Balakəndə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var - FOTO

Balakəndə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Qullar kəndində baş verib.
Rayon sakinləri olan İsrafil Aydın oğlu Sayılovun idarə etdiyi “Mercedes” markalı 99 - FM - 546 dövlət nömrə nişanlı minik avtomobili ilə Vahid Rəcəb oğlu Məmmədovun idarə etdiyi iritonnajlı 30 - BF - 045 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü Aydın Sayılov sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
O, əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə həkim briqadasına təhvil verilib.
Aydın Sayılovun müayinə və müalicəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO















