Baş vermiş qəza “Tofaş” sürücüsünü özündən çıxartdı - VİDEO

Paytaxtın Yasamal rayonunda baş vermiş qəza sürücülər arasında insidentə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə dünən (23 oktyabr) günorta saatlarında Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-OS-084 dövlət nömrə nişanlı, “Tofaş” markalı maşın qəflətən qarşısına çıxan “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “Tofaş”ın ön hissəsi cüzi şəkildə zədələnib. Bu zaman qəzaya düşən sürücü hadisəni törədən şəxslə mübahisə etməyə başlayıb. Dava zamanı yolda sıxlıq yaranıb. Tıxacın qarşısını almaq məqsədilə sürücülər avtomobillərini yolun kənarında saxlayaraq mübahisələrinə davam ediblər. Aqressiyasına hakim olmayan “Tofaş” sürücüsü “Opel”i idarə edən şəxsin üzərinə gedərək daha yüksək səslə danışmağa başlayıb. Bir neçə dəqiqəlik davam edən insident ərazidəki şəxslərin hadisəyə müdaxilə etməsiylə sonlanıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












