Bayram tətilində rayona gedən tələbələr qəzaya düşdü - 4 ölü, 2 yaralı

Tərtərdə 4 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olan ağır yol-qəza hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər rayon Bəyimsarov kəndində qeydə alınıb. Tərtər rayon Sarov kənd sakini Paşazadə İnam Elman oğlunun 10 LB 991 dövlət nömrə nişanlı «VAZ-21099» markalı maşınla Goranboy istiqamətdə hərəkət edən vaxt, Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Camalov Elməddin Bayram oğlunun idarə etdiyi 10 JO 600 dövlət nömrə nişanlı, «VAZ-21214» markalı maşınla toqquşub. Nəticədə «VAZ-21099» markalı maşında olan sürücü, 1997-ci il təvəllüdlü İnam Paşazadə, sərnişinlər 1996-cı il təvəllüdlü Kərimli Yavər Rəhman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Anar Sübhi oğlu və Goranboy rayon Xanqərvəd kənd sakini 1997-ci il təvəllüdlü Baxşəliyev Babək Ədalət oğlu Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanalarına aparılarkən yolda keçiniblər.
«VAZ-21214» markalı maşının sürücüsü Camalov Elməddin və onun maşında olan sərnişin 1963-cü il təvəllüdlü Qocamanov Yavər Qocaman oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Kənd sakinlərinin verdiyi xəbərə görə, ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












