Balakəndə 75 yaşlı piyadanı maşın vurub öldürüb

Balakəndə 75 yaşlı kişini maşın vurub öldürdü.
Avtosfer.az-ın APA-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Qullar kəndi ərazisində keçən hissəsində baş verib.
Balakən rayonu Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd Müslüm oğlu İbrahimov idarə etdiyi “Qaz 2705” markalı, 10 HH 718 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağından soluna keçən piyada, Balakən rayonu Qullar kənd sakini 1945-ci il təvəllüdlü Cavadxan Tacəddin oğlu Şəkiliyivi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C.Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
C.Şəkiliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












