Bərdə, Balakən və Sabirabadda ağır yol qəzaları - 3 ölü, 2 yaralı var - VİDEO
Qəzalar
19 May 2020 00:27

Respublikada ağır qəzalar baş verir
Bərdədə zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə rayon mərkəzində, Tərtər çayının üzərində yerləşən körpünün üstündə qeydə alınıb. Üç avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Qəza zamanı Tərtər rayon polis şöbəsinin əməkdaşı 37 yaşlı Elgün Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. 29 yaşlı Bərdə rayon, Ağalı kənd sakini hərbiçi Asif Əliyev və 31 yaşlı Gəncə şəhər sakini İsa Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Balakəndə isə 75 yaşlı kişini maşın vurub. Hadisə Yevlax - Balakən magistralının 154-cü kilometrliyində baş verib. Balakən rayonu, Qullar kəndi ərazisində rayonun Mazımçay kənd sakini Məhəmməd İbrahimov idarə etdiyi minik avtomobili ilə Balakən şəhəri istiqəmətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Qullar kənd sakini Cavadxan Şəkiliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Cavadxan Şəkiliyev xəstəxanaya aparılsa da orada dünyasnı dəyişib.
Sabirabadda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Sabirabad şəhər sakini, 36 yaşlı Elnur Mirzəliyevi vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər Xəstəxanasına aparılarkən yolda keçinib.
Oxunub : 1908
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
ŞƏRH YAZ












