Beyləqanda 33 yaşlı qadını avtomobil vurub
Qəzalar
8 Dekabr 2021 10:07
Oxunub 816

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Əliyeva Qumru Rafiq qızı yaşadığı evin yaxınlığında yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













