Beyləqanda avtomobillər toqquşdu; ölən var

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə mayın 21-i saat 11:30 radələrində rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Elşən Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü F.Əsədov, onun sərnişini - qızı Günel Əsədova, “VAZ-21154” markalı avtomobilin sərnişini Gülşən Əlizadə ağır bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. F.Əsədov həmin gün saat 16 radələrində xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinaytət işi başlanılıb. (“Report”)
Bakıda qəza hərəkəti iflic etdi - VİDEO
Avtomobil qəzaya uğradı: ÖLƏN VAR - Bu ölkədə
Avtobus dərəyə aşdı, 9 nəfər öldü - Bu ölkədə - FOTO
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Avtomobil fabrikin hasarına çırpıldı - ÖLƏN VAR - FOTOLAR - YENİLƏNİB
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi











