Beyləqanda qəza: Ölənlər var

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qafar Seyidəliyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı kanala aşırıb. Hadisə zamanı avtomobildə 4 nəfər olub.
Qəza nəticəsində sürücü və maşında olan sərnişin - 1973-cü il təvəllüdlü Güləndam Əliyeva hadisə yerində həlak olublar.
Digər sərnişinlər - 1970-ci il təvəllüdlü Elmidar Mehdiyev və 1965-ci il təvəllüdlü Qəmər Əliyeva müxtərif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işinə başlanılıb.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












