Bibiheybət yolunda daha bir qəza: təhlükəni kim yaradır? - FOTO

Torpaq sürüşməsindən sonra aylarla təmirə bağlanan və qısa müddətli açılan Bibiheybət yolunda yenidən təhlükə yaranıb. Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yenidən yolu bağlayaraq təmir işləri aparır. Amma yolu bağlayan beton lövhələr sürücülər üçün əsl təhlükə mənbəyinə çevrilib. Müvafiq xəbərdarlıq nişanları olmadığı üçün sürücülər xüsusilə gecə saatlarında betonlara avtomobilləri çırparaq qəza törədir. Artıq son günlər hər gün qəzaların baş verdiyi bildirilir.
Nəzərə alsaq ki, qeyd olunan ərazi şəhərin girişidir və rayondan gələn sürücülər buranın bağlı olduğunu bilməyə bilər. Nəticədə də qəza və insan tələfatı olar. Yəqin ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı müvafiq tədbirlər görəcək. Çünki Agentlik bu qəzalara görə birbaşa məsuliyyət daşıyır.
Fərid
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO













