Biləsuvarda velosipedçini avtomobil vurub
Qəzalar
19 İyul 2021 18:29
Oxunub 1468

Biləsuvarda velosipedçini minik avtomobili vurub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazində yerləşən "Rüfət" şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedlə hərəkət edən Bəydili kənd sakini, 2004-ci il təvəllüdlü, Həsənov Rəvan Ziya oğlunu vurub.
Nəticədə velosipedçi ağır xəsarət alıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













