Binəqədidə "04" sürücsü 25 yaşlı qızı vurdu
Qəzalar
8 Dekabr 2021 09:56
Oxunub 932

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Report"a istinadla məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. "VAZ-2104" markalı avtomobil yolu keçən 25 yaşlı Səbinə Həsənovanı vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona daxili orqanların zədələnməsi diaqnozu qoyulub. S.Həsənova əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













