“BMW” “Daewoo” ilə toqquşdu: 4 nəfər dünyasını dəyişdi - FOTO

Ukraynanın Jitomirsk əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident martın 9-da səhər saatlarında Jitomir – Çernovçı şosesinin Lyübar qəsəbəsi ərazisində qeydə alınıb. Bu barədə Milli Polisin saytında məlumat verilib.
Məlumata görə, 23 yaşlı sürücü idarə etdiyi “BMW-523” markalı minik avtomobillə, hərəkətdə olarkən sükan idarəetməsini itirib və yolun əks zolağına çıxaraq qarşıdan gələn “Daewoo Lanos” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb.
Nəticədə hər iki avtomobilin sürücüsü və “Daewoo”nun 2 sərnişindən biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Namiq Musayev




Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












