Cəlilabadda çörək daşıyan "Qazel" qəzaya düşdü, ölən var

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, fevralın 5-də Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi "MAZ" markalı avtomobillə qarşıdan gələn "Ford" markalı avtomobil toqquşub. Nəticədə "Ford" markalı avtomibilin sürücüsü İ.Quliyev xəsarət alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sərnişin N.Məmmədov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır
***
Cəlilabadda ağır yol qəzası baş verib.
Yol-nəqliyyat hadisəsi rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. "MAZ" markalı avtomobillə çörək daşıyan "Qazel" markalı avtomobil toqquşub.
Nəticədə,1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb.
Hazırda onların kimliyi və hadisənin səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)
Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a bildirilib ki, avtomobillərin toqquşması nəticəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












