Cəlilabadda ağır yol qəzası: ölən və xəsarət alan var – FOTO+VİDEO (YENİLƏNİB 2)

Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların sayı 2-yə çatıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı Kürdəmir rayon sakini, 1999-cu il təvəllüdlü Əlövsət Abdullayevin də xəsarət aldığı məlum olub.
Yaralı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
---20:00---
Cəlilabadda ağır yol qəzasında xəsarət alan şəxsin durumu açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 1950-ci il təvəllüdlü (qadın cinsli) şəxs döş qəfəsinin küt travması diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfərin isə həkiməqədər ölüm halı qeydə alınıb.
---18:57---
Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
BDYPİ mətbuat xidmətindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 15:30 radələrində Ələt-Astara magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb. "Hyundai Getz" markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan "Mercedes" markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində "Mercedes" avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı












