
Çexiyada sərnişin qatarı qəzaya uğrayıb, ölən və yaralanan var
Qəzalar
27 İyun 2022 15:59
Oxunub 292

Çexiyanın şimal-şərqindəki Boqumin şəhərində sürətli sərnişin qatarı qarşıdan gələn boş vaqonla toqquşub.
Trend-in məlumatına görə, hadisə nəticəsində sərnişin qatarının maşinisti həlak olub. Bir sərnişinin xəsarət aldığı deyilir.
Xəsarət alan sərnişin xəstəxanaya yerləşdirilib.
Yerli polis qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb
ŞƏRH YAZ