Pul maşınını qarət edə bilmədilər, 25 nəfəri girov götürdülər - VİDEO

Kolumbiyanın Kartagena şəhərindəki “Paseo de la Castellana” ticarət mərkəzində yerləşən “Exito” supermarketinə basqın edən silahlılar 25 nəfəri girov götürüblər.
Avtosfer.az-ın məlumatına görə, Kolumbiya Prezidenti Abelardo De La Espriella bildirib ki, silahlı şəxslər ticarət mərkəzindən pul daşıyan maşını qarət etməyə cəhd göstərib.
Təhlükəsizlik kameraları vasitəsilə soyğun cəhdi aşkarlandıqdan və polis əraziyə gəldikdən sonra hücumçular supermarketə girərək 30 nəfəri girov götürüblər. Onlardan beşi - yaşlı qadınlar artıq sərbəst buraxılıb.
Görüntülərdə uzun lüləli silahlar, gülləkeçirməz jiletlər və dəbilqələrlə olan hücumçuların əlləri bağlı girovları pəncərə önündə oturmağa məcbur etdikləri görünür. Yerli media silahlıların girovların azad edilməsi üçün 7 milyon Kolumbiya pesosu (təxminən 2 milyon dollar) tələb etdiyini yazır.
Hadisə yerinə Kolumbiya dəniz piyadaları, xüsusi təyinatlılar, snayperlər və helikopter cəlb olunub, ərazidə partlayıcı maddələr yoxlanılır. Təhlükəsizlik səbəbindən Kartagenadakı Rafael Nunez Beynəlxalq Hava Limanı təxminən bir saatlıq enişlərə bağlanıb./qafqazinfo
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu - ANBAAN VİDEO
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı; polis saxladı
Bakıda həkimin sürücüsü ilə cangüdəni sərxoş halda dalaşdı - VİDEO - YENİLƏNİB
Tramp Si Cinpinlə görüşdən ölkəsi üçün nə əldə edə bildi? - POLİTOLOQ












