Dəhşətli qəza: “TikTok”da avtoxuliqanlıq videolarıyla gündəmə düşən gəncin həzin sonu - VİDEO

Avtomobilini yüksək sürətlə idarə edən daha bir gənc əcəlinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrin gündəminə düşən ağır yol-nəqliyyat hadisəsi 30 may tarxində, Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Hadisə şahidlərinin məlumatına görə qəzanın baş verməsinə səbəb yüksək sürət həddi olub. Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, “Qaz31” markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza qurbanına çevrilən Rüstəm adlı gənc “TikTok” hesabında yol-hərəkəti qaydalarına zidd, avtoxuliqanlığı nümayiş etdirən videolar paylaşıb.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












