Diqqətsiz piyadanı maşın belə vurdu - VİDEO

Bu dəfə AvtosferTV-nin efirində növbəti piyadavurma videosu müzakirə olunub. Mərdəkanda qeydə alınan yol nəqliyyat hadisəsində piyada yolu müəyyən olunmayan yerdən keçən zaman avtomobillə toqquşur. Qanunvericilikdə qeydə olunub ki, piyada yolu piyada keçidindən keçməlidir. Əgər piyada keçidi yoxdursa piyada yolu hərəkət hissəsinin kəsişmə yerindən keçməlidir. Əgər bunların heç biri olmadıqda piyada yolun görünən məsafəsində hərəkət hissəsini keçə bilər. Bu halda piyada öncə sola baxmalı, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra yolu keçə bilər. Lakin bu videodakı piyada yolu keçmək istəyərkən sağa baxır və avtomobilin gəlməsinə məhəl qoymayaraq yolu keçməyə başlayır. Nəticədə avtomobil piyadanı vurur.
Piyadalara bir daha tövsiyə edirik ki, yolu keçərkən diqqətli olsunlar və öz həyatlarını təhlükəyə atmasınlar.
Təbriz
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB












