Dörd avtomobilin iştirakı ilə qəza; 7 nəfər xəsarət alıb - FOTO

Rusiyanın Novosibirsk əyalətində 4 nəqliyyat vasitəsinin iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident aprelin 25-də axşam saatlarında “Sovet” şosesində qeydə alınıb. Bu barədə “News.ngs.ru” portalı məlumat yayıb.
Məlumata görə, 36 yaşlı sürücü idarə etdiyi “BMW X6” markalı avtomobillə hərəkətdə olarkən, 1979-cu il təvəllüdlü qadının idarə etdiyi “Nissan Sunny” markalı maşınla toqquşub.
Zərbənin təsirindən “BMW” “Toyota Fielder”ə, “Nissan” isə “Hyundai Solaris”ə çırpılıb.
Qəza nəticəsində ümumilikdə 7 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. “Toyota”da olan 2008-ci ildə anadan olmuş oğlan sərnişininin vəziyyətinin ağır olduğu bildirilir. O, reanimasiya şöbəsinə yerləşdirilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev



Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












