Dördüncü sinif şagirdini maşın vurub - DİN-dən açıqlama + YENİLƏNİB

Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 12 radələrində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramiz Tahirov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən məktəbli, 2015-ci il təvəllüdlü azyaşlını vurub.
Azyaşlı hadisə nəticəsində yüngül xəsarətlər alıb.
Faktla bağlı araşdırmalar aparılır.
---14:16---
Şirvan şəhərində orta məktəb şagirdini maşın vurub.
Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhər 10 saylı tam orta məktəbin qarşısında baş verib.
Həmin məktəbin 4-cü sinif şagirdi, 2015-ci il təvəllüdlü S.P.-ni dərsdən çıxan zaman yolu keçərkən maşın vurub.
Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










