DSX Akademiyasının kursantını avtomobil vurub öldürdü

Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Ramiz Qəribov idarə etdiyi "QAZ-31" markalı avtomobillə yolu keçmək istəyən piyada 2003-cü il təvəllüdlü Laçın Tərlan oğlu Mahmudovu vurub. 20 yaşlı L. Mahmudov hadisə yerində keçinib.
Avtosfer.az-a DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupunun Baş İnspektoru Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb və sürücü polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.
00:20
Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti feysbukda məlumat yayıb.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - paylaşımda qeyd olunub.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












