Dünyanın ən çox qazanan idmançısı avtomobil qəzasına düşüb
Qəzalar
24 Fevral 2021 16:18

Əfsanəvi qolfçu Tayger Vuds faciə ilə üzləşib.
Avtosfer.az APA-ya istinadən bildirir ki, amerikalı idmançının idarə etdiyi avtomobil qəzaya uğrayıb.
Hadisə Kaliforniya əyalətindəki Los Anceles şəhərində baş verib. Bu gün səhər yaşanan olay zamanı aşan avtomobilin içində Vuds tək olub. Yaralı vəziyyətdə onu maşından çıxaran vətəndaşlar dərhal xəstəxanaya aparıblar.
Meneceri Mark Steynberq qolfçunun ayaqlarından xəsarət aldığını və əməliyyata alındığını açıqlayıb. O, Vudsun kəsici alətlərin köməkliyi ilə avtomobildən çətinliklə çıxarıldığını söyləyib. Qəzanın səbəbi hələlik məlum deyil və bununla bağlı araşdırmaya başlanılıb.
Qeyd edək ki, Tayger Vuds son illər dünyanın çox qazanan idmançısı sayılır.
Oxunub : 956
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 20:15
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
ŞƏRH YAZ












