Ələt-Astara yolunda un daşıyan maşın aşdı - VİDEO - YENİLƏNİB

“Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib”.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, Salyan rayonun 68-ci kilometrliyində baş verib:
“Belə ki, Masallı rayon sakini Məcidov Araz Arif oğlunun idarə etdiyi “KamAZ” markalı 44-CG-110 dövlət nömrə nişanlı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan Lənkəran rayon sakini Ağamalıyev Elman Rəhim oğlunun idarə etdiyi 44-CA-948 dövlət qeydiyyat nömrəli yük maşınının 44-ZA-520 dövlət nömrə nişanlı qoşqusu ilə toqquşub.
Nəticədə “KamAZ” markalı yük avtomobilinin sürücüsü A.Məcidov və onun sərnişini Masallı rayon sakini Kiçibəyov Rahib Elbəyi oğlu hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır”.
***
Bakı-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntü paylaşılıb.
Məlumata görə, iki yük avtomobili toqquşaraq aşıb.
Görüntüləri təqdim edirik:
oxu.az
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA











