Ermənistanda sürücü avtomobili piyadaların üzərinə sürüb, 2 hərbçi ölüb, 4-ü yaralanıb - YENİLƏNİB

Ermənistanın Müdafiə Nazirliyi Kotayk vilayətinin Aramus kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçisinin ölməsi faktını təsdiqləyib. “Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, hadisə nəticəsində müqavilə əsasında xidmət edən 1988-ci ildə Yerevanda anadan olmuş, baş leytenant Aram Badalyan və 1992-ci ildə Tavuşda anadan olmuş, 1992-ci il təvəllüdlü kiçik çavuş Levon Mkrtumyan ölüb.
Məlumata görə, yaralı 4 hərbçidən birinin vəziyyəti ağırdır. O, Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib, 3 yaralı isə müayinədən sonra xidmət üçün hərbi hissəyə buraxılıblar.
12:04
Ermənistanın Kotayk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə shamshyan.com portalı məlumat yayıb. Hadisə aprelin 15-nə keçən gecə Tiqranadzor magistral yolunda baş verib. Markası hələ məlum olmayan avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini altı piyadanı üstünə sürüb və hadisədən dərhal sonra ərazidən uzaqlaşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində iki piyada hadisə yerində ölüb. Digər dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, sürücünün şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Kotayk vilayətinin 34 yaşlı sakinidir.
Məlum olub ki, həmin şəxs avtomobil idarə edərkən sərxoş olub.
Araşdırma nəticəsində həmçinin aydın olub ki, ölənlər və yaralılar Ermənistan ordusunda hərbi xidmət keçən şəxslərdir.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












