Filippində təyyarə qəzaya uğradı: azı 8 nəfər ölüb - FOTO + VİDEO

Filippində “Lion Air” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident Manila beynəlxalq hava limanında qeydə alınıb. Bu barədə martın 29-da “Manila Bulletin” nəşri məlumat yayıb.
Məlumata görə, qəza təyyarənin uçuş-eniş zolağından havaya qalxdıqdan sonra baş verib. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadasının əməkdaşları cəlb edilib.
Digər təfərrüatlar barədə məlumat verilmir.
“Sinxua” agentliyi isə öz növbəsində məlumat yayıb ki, qəza zamanı azı 8 nəfər dünyasını dəyişib. Hava gəmisi Yaponiyanın Tokiyo şəhərinə uçurmuş. Göyərtədə 2 sərnişin və 6 ekipaj üzvü olub. Təyyarə qəzaya uğradıqdan sonra partlayıb və yanmağa başlayıb.
Agentlik həmçinin qeyd edib ki, göyərtədə koronavirus pandemiyası ilə mübariz aparmaq üçün tibbi ləvazimatlar olub.
Namiq Musayev

Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












