"Formula-1" pilotu qəzaya düşdü - FOTO

İtaliyalı "Formula-1" pilotu Andrea Kimi Antonelli San-Marinoda qəza keçirib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mercedes" komandasının açıqlamasında deyilir. Qəza fevralın 7-də, axşam baş verib. Yol polisinin məlumatına görə, Antonelli San-Marinoya aparan magistral yolda idarəetməni itirib, daha sonra onun avtomobili yol dirəyinə, maneəyə, sonda isə divara çırpılıb. Hadisə yerinə polisi pilot özü çağırıb. Avtomobilə ciddi ziyan dəyməsinə baxmayaraq, 19 yaşlı sürücü heç bir xəsarət almayıb. Qəza zamanı Antonelli komandanın ona bir gün əvvəl təhvil verdiyi 200 ədədlik məhdud sayda olan eksklüziv "Mercedes-AMG GT 63 PRO" avtomobilini idarə edib. Pilot fevralın 11-13-də Bəhreyndə "Mercedes W17" avtomobili ilə sınaq yarışlarında iştirak edəcək. Qarşıdan gələn mövsüm 19 yaşlı idmançının "Formula-1"də ikinci mövsümü olacaq. 2025-ci ildə o, pilotların sıralamasında 150 xal toplayaraq yeddinci yeri tutub.

Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












