Banner

Gəncədə ana və azyaşlı övladı yol qəzasında xəsarət alıb

Qəzalar 6 Fevral 2021 11:20 Oxunub 1372
Gəncədə ana və azyaşlı övladı yol qəzasında xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncə şəhərində yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Fikrət Əmirov parkı yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Oğuz rayon sakini, 1980-ci il təvəllüdlü Elnarə Rəsulova və onun azyaşlı övladı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti normal, qadının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh