Gəncədə avtobus qəzası - Yaralılar var

Gəncədə sərnişinlərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından anspress-ə verilən məlumata görə, şəhərin Zülfü Hacıyev küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən yolun kənarında dayanmış “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən “Mercedes” yaxınlığında dayandığı yaşayış evinin hasarına dəyib. Qəza nəticəsində mikroavtobusda olan şərnişinlərdən bir neçəsi xəsarət alıb. Onlar xəstəxanaya aparılıb və ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Lakin müxtəlif dərəcəli bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Əliyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO















