Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü - VİDEO

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baku.Tv-nin xəbərinə görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü anidən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarında qazılan doqquz metr dərinliyində olan quyuya düşüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının və FHN-in əməkdaşları, eləcə də həkim briqadası cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan 35 yaşlı Rəcəbov Fuad Kamran oğlu və 30 yaşlı Məmmədov Elmir Etibar oğlu nəqliyyat vasitəsindən çıxarılıb. Ağır xəsarətlər alan hər iki şəxs xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Fuad Rəcəbov xəstəxanada vəfat edib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












