Gəncədə sərnişin avtobusu aşıb: Xəsarət alanlar var - YENİLƏNİB - FOTO - VİDEO

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı yeddiyə yaxın şəxs xəsarət alıb.
Avtosfer.az-ın məlumatına görə, həmin şəxslərin xəstəxanaya təxliyəsi aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov oxu.az-a bildirib ki, hadisə ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar:
“Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib. Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək”.
Hadisə zamanı ölüm qeydə alınmayıb.
***
Gəncədə yol qəzası baş verib.
Avtosfer.az-ın məıumatına görə, hadisə şəhərin Xan bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
Avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunduğu, işlərin yarımçıq saxlanıldığı bildirilir.
apa
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














